Bullinqə yox deyək!

26 aprel 2022-ci il tarixdə 321№-li tam orta məktəbin psixoloqu Ağayeva Könül VIII sinif şagirdləri ilə maarifləndirici söhbət apardı.Psixoloq öz təqdimatında bullinqin növlərindən və formalarından bəhs etdi.Bu gün dünyada yeniyetmələr arasında bullinqə məruz qalma hallarının daha çox olduğunu vurğulayan psixoloq məktəbimizdə bu halın baş verməməsi üçün tez-tez profilaktik tədbirlər görüldüyünü bildirdi.Daha sonra K.Ağayeva məktəbin nizam-intizam qaydalarına əməl etməyin və şagirdlərarası münasibətin düzgün qurulmasının vacibliyindən danışdı. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi