Mənim gündəliyim
Aprelin 8-də məktəbin kitabxanasında "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi.Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə şagirdlərin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə keçirilir.VI və VIII siniflərin ədəbiyyatsevər şagirdlərinə müsabiqənin qiymətləndirmə meyarları haqqında məlumat verildi.Kitabxanaçı Hacıyeva Zinyət şagirdlərin bədii kitablardan və oxu zalından istifadəsi üçün şərait yaratmışdır.