Mart soyqırımı
1918-ci il martın 31-də Bakıda azərbaycanlıların kütləvi qırğınına başlanmışdır.Üç gün davam edən qırğın zamanı erməni bolşevikləri azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyəcən hər kəsi qətlə yetirmişlər.1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakıda,eləcə də Qarabağ, Naxçıvan, Şamaxı,Quba, Xaçmaz, Lənkəran, Salyan,Zəngəzur və digər ərazilərdə Bakı Sovet Qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş,10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.