“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ümumməktəb iməcliyi keçirildi

Bildiyimiz kimi 2024-cü il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili”elan edilmişdir.  Bununla əlaqədar olaraq 30 mart 2024-cü il tarixində  məktəbin təşkilatçı vəzifəsini müvəqqəti icra edən Pənahov Anar və UBTR-i Alıyeva Günelin təşkilatçılığı ilə ümumməktəb  iməcliyi  keçirildi.

İməclik çərçivəsində məktəbin həyətyanı sahələri təmizləndi,torpaq şumlandı, ağaclar budandı, yaşıllaşdırma işləri aparıldı, mövcud yaşıllıqlara qulluq göstərildi.

İməcliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

#320məktəb #fəalməktəb #BakuEduAz

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi