SERTİFİKASİYADA İŞTİRAK EDƏCƏK MÜƏLLİMLƏRLƏ DƏYİRMİ MASA KEÇİRİLDİ

5 mart 2024-cü il tarixdə məktəbimizdə cari ildə sertifikasiyada iştirak edəcək  riyaziyyat müəllimləri  və riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri ilə dəyirmi masa keçirildi. Məktəbimizin direktor müavini Qafur Zamanov və Ofelya Əlirzayeva  "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq olunmuş Qaydalar barədə bir daha müəllimlərə məlumat verdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının sertifikasiya ilə əlaqədar təşkil etdiyi görüşdə iştirak edən metodbirləşmə rəhbərləri müəllimləri aldıqları məlumatlar ilə bilgiləndirdilər, yaranmış suallara aydınlıq gətirdilər. Sonda sertifikasiyada iştirak edəcək hər bir müəllimə müvəffəqiyyətlər arzu edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi