Şagirdlərə “Yaşıl kartlar” verilib

Bildiyimiz kimi, 320 nömrəli tam orta məktəb “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı pilot layihənin  tətbiq olunduğu məktəblərdən biridir. Bu layihə  təhsilalanların aşağıdakı hüquq və vəzifələrini təmin etmək məqsədi ilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurları əhatə edir:
1. Fiziki təhlükəsizlik
2. Psixoloji sağlamlıq
3. Məktəbdaxili münasibətlər
4. Əlverişli öyrənmə mühiti
5. Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti
Layihə  şagird davranış qaydalarını, davranış səviyyələrini, korreksiyaedici və rəğbətləndirmə tədbirlərini birləşdirir. Layihə çərçivəsində   hər yarımilin sonunda məktəbdə  müəyyən edilmiş 3 meyar əsasında yarımil boyu heç bir qayda pozuntusuna yol verməyən və eyni zamanda öz akademik uğurları, nümunəvi davranışı, məktəb mühitində sosial fəaliyyəti ilə fərqlənən şagirdlər arasında dəyərləndirmə aparılır və müvafiq meyarlara cavab verən şagirdlər “Yaşıl kart” (Rəğbətləndirmə kartı) ilə təltif olunur.
2023-2024-cü tədris Ilinin birinci yarımilinin yekunlaşmasını nəzərə alaraq 29.02.2024-cü il tarixində məktəbin  şagirdlərinə  Nizam İntizam Şurasının üzvləri və  məktəb rəhbərliyi tərəfindən  “Yaşıl kart”
( Rəğbətləndirmə kartı)  təqdim  olunub.
Rəğbətləndirmə proses davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi