Psixoloqun "İmtahan həyəcanı"adlı təlimi

İmtahan hər zaman bizim beynimizdə, hafizəmizdə həyatımızı dəyişmək gücünə malik olan, həyatın bütün dönəmlərində bir mərhələdən digər mərhələyə keçid üçün vasitə, bir faktor kimi qalıb.  Biz tez-tez müşahidə edirik ki, imtahan verənlərin, xüsusilə abitruyentlərin real biliyi, potensialı ilə  ortaya qoyduğu nəticə eyni olmaya bilir. Bu fərqi də analiz etdikdə, burada psixoloji faktorların nə qədər önəmli yerə sahib olduğunun şahidi oluruq. Burada ən böyük təsirlərdən biri, sözsüz ki, imtahan stessi və həyəcandır. Həyəcan da sinir sisteminə təsir edir ki, bu getdikcə dərinləşə və baş ağrısı, ürək bulanması, qarın ağrısı, əl-ayaqların tərləməsi, bədən temperatorunun yüksəlməsi, ürək döyüntülərinin artması, hətta bəzən boğulma halları və s. fonunda özünü biruzə verə bilər. Beləliklə, insanda simpatik sinir sistemi oyanmağa, həmçinin bunlarla yanaşı diqqət yayınmaları, diqqətini toplaya bilməmək kimi problemlər də yaranmağa başlayır. Bu proseslər də öz növbəsində həyacan-təşvişin ən pik həddi hesab olunur. Bu kimi halları aradan qaldırmaq üçün  məktəbin psixoloqu Məhərrəmova Əfsanə 9-11 -ci siniflərlə "İmtahan həyəcanı"adlı təlimi keçirmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi