III Bakı Elm Olimpiadasında iştirak edəcək şagirdlərlə görüş keçirildi

Görüşdə direktor müavini Zamanov Qafur 3 nəfər şagirddən ibarət komandaya və onun rəhbəri biologiya fənn müəllimi Abbasova Könül müəllimə uğurlar arzu etdi. Olimpiadalarda iştirak etməyin və uğur qazanmağın şagirdlər üçün böyük nailiyyət olduğunu bildirdi. 

Qeyd edək ki olimpiadanın 1-ci mərhələsi 9 mart tarixində keçiriləcək.
Hər bir məktəb olimpiadada sadəcə 1 komanda ilə iştirak edə bilir. Komanda tərkibi 3 şagirddən ibarətdir.
1-ci mərhələdə bütün şagirdlər 3 fənn üzrə (fizika, kimya və biologiya) ümumilikdə 45 sualı cavablandırmalıdır. Ümumi komanda nəticəsi yüksək olan 24 ümumi təhsil müəssisəsi olimpiadanın növbəti mərhələsində iştirak edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi