Psixoloqun "Şagirdlər arasında zorakılıq "adlı təlimi

Hər birimiz məktəbdə oxuduğumuz illərdə kimlərinsə zorakılıqdan əziyyət çəkdiyinin şahid olmuşuq. Məktəb şagirdlərə akademik bilik verməklə yanaşı,  özünə və başqalarına hörmətlə yanaşmağı formalaşdıran bir mərkəzdir. Hər bir uşağın və gəncin təhlükəsiz məktəb şəraitində təhsil hüququ vardır. Ancaq məktəblərdə baş verən zorakılıq faktları bu təhlükəsiz şərait anlayışına uyğun gəlmir.Bu faktorları uşağın özündə var olan (özünə hörmət səviyyəsinin yüksək ya da aşağı olması, yüksək aqressiya, xarakter xüsusiyyətləri və s.) və çevrədən (ailə və məktəb) qaynaqlanan faktorlar olaraq ikiyə bölmək olar. Zorakılığın səbəbləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, zorakılığın yaranmasında ətraf mühit uşağın öz şəxsi keyfiyyətlərindən daha çox rol oynayır.Bu məqsədlə də məktəbin psixoloqu Məhərrəmova Əfsanə 7-ci siniflərlə "Şagirdlər arasında zorakılıq "adlı təlimi keçirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi