Psixoloqun"REPRODUKTİV SAĞLAMLIQ NƏDİR?"adlı təlimi

Sağlamlıq-yalnız xəstəlik və fiziki qüsurların yoxluğu deyil, in­ sanın tam fiziki, ruhi və sosial rifah halıdır.Reproduktiv sağlamlıq ümumi sağlamlığın vacib tərkib hissəsi­ dir. Reproduktiv sözü çoxmənalı sözdür, tibdə bu söz çoxalma, nə­ silvermə, nəsilartırma mənasında işlənir. Reproduktiv sistem­çox­ hüceyrəli canlı orqanizmlərdə (heyvanlar, bitkilər, göbələklər və s.) cinsi çoxalmaya cavabdeh olan orqanlar sistemidir. Deməli, repro­ duktiv sağlamlıq həmin sistemin normal fəaliyyət göstərməsidir. Əvvəlki tərifin şablonundan istifadə edərək reproduktiv sağlamlıq üçün belə bir tərif çıxara bilərik:Reproduktiv sağlamlıq-nəsilvermə sisteminin xəstəlik və fi- ziki qüsurlarının yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halıdır.
Bu sistemin normal fəaliyyəti həm insan, həm də bütövlükdə cəmiyyət üçün vacibdir. Ağacın bitməsi və inkişafı üçün sağlam toxum, münbit torpaq, su və günəş şüası vacib olduğu kimi, insa­ nın sağlam uşaq dünyaya gətirməsi üçün reproduktiv sağlamlığı­ nın qorunması vacibdir. Bu məqsədlə də məktəbin psixoloqu Məhərrəmov Əfsanə 9- cu siniflərlə "REPRODUKTİV SAĞLAMLIQ NƏDİR?"adlı təlimi keçirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi