"QİSASIN ALINDI XOCALI"! ADLI TƏDBİR KEÇİRİLMİŞDİR.

26.02.2024-cü il tarixdə 320 nömrəli tam orta məktəbin kitabxanasında  "Qisasın alındı, Xocalı"adlı tədbir keçirildi.

Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin tarix müəllimi Gülnar Şükürova  Xocalı faciəsi haqqında məlumat verərək qeyd etdi ki, təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer alan bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdır. Yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut etdi.Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla həyata keçirilmişdir.

Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şerlər nümayiş olundu, Xocalı soyqrımına aid videoçarx göstərildi.

Məktəbin director müavinləri  tədbirin sonunda Xocalı soyqırımı haqqında məlumat verərək qeyd etdi ki,Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı Soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kompaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Artıq Xocalı faciəsini məyusluqla yad etmirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı .Böyük Zəfərimizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı.

Məktəb rəhbərliyi  sonra tədbirdə iştirak edən uşaqlara üz tutaraq, onların bu gün burada iştirak etmələrinin heç də təsadüf olmadığını bildirib və əlavə edib ki, Azərbaycan gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də uşaqların əlindədir.

#BakıTəhsilİdarəsi

#BakuEduAz

#EduAz

#BakıMəktəbləri

##Xocalı

#soyqırım

#KhojalyGenocide

#Khojaly

#virtualməktəb

#fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi