“Qisası alınan Xocalı” adlı sərgi təşkil edilib

Məktəbdə  Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Qisası alınan Xocalı” adlı sərgi təşkil edilib. Dərnək üzvlərinin əl işlərindən ibarət sərgidə qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı faciəsinin dəhşətlərini əks etdirən rəsmlər nümayiş olunub.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Böyük qürur hissi ilə deyə bilərik ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə ordumuz tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardır. Bu qətliamın günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

 

#BakıTəhsilİdarəsi

#BakuEduAz

#EduAz

#BakıMəktəbləri

##Xocalı

#soyqırım

#KhojalyGenocide

#Khojaly

#virtualməktəb

#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi