"Beynəlxalq ana dili günü" ilə bağlı dəyirmi masa keçirildi

Bu gün məktəbin şagirdləri ilə kitabxanada  “Ana dili” günü münasibətilə dəyirmi masa keçirildi. Şagirdlər ana dilimizin keçdiyi tarixi inkişaf yolu, onun zənginliyi və gözəlliyi ilə bağlı fikirlər söylədilər.Dahilərin dilimiz haqqında söylədikləri dəyərli aforizmləri səsləndirildi.Dövlətimizin dilə göstərdiyi qayğı və diqqətdən də danışıldı.Dil haqqında məktəbin Azərbaycan dili  dili və ədəbiyyat müəllimləri mühazirə oxudular. Mənim ana dilim-mənim kimliyim, Pasportum, özümə öz hakimliyim. Məni həm babamla, həm də nəvəmlə bağlayıb uzanan tarix bağımsan. Dünənim, sabahım, üstəlik hələ mənim söz hünərim, söz bayrağımsan. Məşhur rus pedaqoqu Uniski çox gözəl deyib: “Bir millətin malını,dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan, məhv  olar və ondan bir nişan qalmaz”.

#virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi