Psixoloqun keçirdiyi"Anonim sorğu"

Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün:

 

* insan münasibətləri mənəvi ölçülərə söykənməlidir;

* adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar;

* dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”.

 

Həqiqətən də insanlığın anlaşılan və qarşılıqlı başa düşülən mənəvi prinsipləri, həmçinin bütövlükdə insanın həyati normalar çərçivəsində fəaliyyətinin  tənzimlənməsində həlledici rol oynayır.  Bu məqsədlə də məktəbin psixoloqu Məhərrəmova Əfsanə şagirdlərlə anonim sorğu keçirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi