Beynəlxalq kitab bağışlama günü

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib.O, 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb.

   320  nömrəli tam orta məktəbdə  “Kitab Bağışlama Günü” qeyd edildi.Bu əlamətdar günün qeyd olunmasında əsas məqsəd şagirdlərdə kitaba məhəbbət hissini yaratmaq,onları oxu savadlılığına yiyələndirmək, həmçinində hədiyyə etmək sevinci yaratmaq idi.

   Aksiyaya məktəbin  şagirdləri böyük maraq göstərdilər.Onlar öz kitblarını digər şagirdlərə bağışlayaraq aksiyada fəal iştirak etdilər.

#Kitab­_bağışla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi