Şagird davranış qaydalarının tətbiqi üzrə monitorinq

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" na əsasən  Nizam-intizam Şurasının növbəti yığıncağı keçirildi.Birinci yarımilin nəticələrinə görə hesabat müzakirə olundu rəğbətləndirilən və xəbərdarlıq alan şagirdlər müəyyənləşdirildi. Rəğbətləndirilməyə layiq görülən şagirdlər ictimai işlərində fəallıq göstərən, məktəbi müxtlif müsabiqələrdə olimpiadalarda layiqli şəkildə təmsil edən,eyni zamanda nümunəvi davranışı ilə fərqlənən  şagirdlərdir. 

Qeyd edək ki, 2022-2023-cü tədris ilinin ikinci yarımilindən etibarən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqinə pilot layihə kimi ümumilikdə 300,  Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe 60 ümumi təhsil müəssisəsində başlanılıb. Məktəbimiz də həmin layihəyə cəlb olunmuş ümumitəhsil müəssisələrindən biridir.

Nizam-İntizam Şurasının iclası keçirildi. İclasın gündəliyində duran məsələlər "Şagird davranış qaydaları"nın tətbiqi və görülən işlərin hesabatı, ŞDQ-nın təbliği , ŞDQ üzrə valideynlər arasında sorğunun təşkili, rəgbətləndirmə prosesinin aparılması mövzuları idi.

  İclasın məqsədi tətbiq edilən pilot layihənin icrasını izləmək və hesabatlılığın aparılmasıdır.Azərbaycanda şagirdlər üçün xüsusi qaydalar müəyyən edilib. Bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda qeyd olunub. Belə ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimini çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.
   Bu məqsədlə məktəbdə yaradılmış nizam intizam şurasının üzvləri tərəfindən siniflərdə monitorinq keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi