“ Müzakirə”

        23 oktyabr  2019-cu il tarixdə Təhsil  Nazirliyi  tərəfindən  V  siniflərdə tədris dili, riyaziyyat  və xarici dili   fənni üzrə  keçirilmiş monitorinqin  nəticəsi   məktəbdə 4 və  5 –ci siniflərdə dərs aparan  müəllimlərlə birlikdə   müzakirə olundu.

            İmtahanda   iştirak edən  141   şagirdin  nəticələri,    siniflər üzrə  monitorinq  zamanı  topladıqları  balla  4-cü  sinfin  yekun nəticələri   müqayisə olundu. Qızıarın orta bal göstəricisi  oğlanların  orta  bal  göstəricisindən  yuxarı olması, 4-cü sinifdə  illik   80-100 balla başa vuran  şagirdlərin monitorinqdə    0-30 bal aralığında   bal toplamaları  geniş təhlil  edildi.

            5a və 5c  sinfində  oxuyan  şagirdlərin  daha yüksək, 5ç  və 5 d siniflərində  oxuyan   şagirdlərin isə  aşağı  nəticələr əldə etmələri  vurğulandı.  Yol verilmiş  nöksanların aradan  qaldırılması istiqamətində lazımı işlərin  görülməsinə  diqqət yetirilməsi, məktəb rəhbərliyi  və müəllimlər təfəfindən  bir vəzifə olaraq qarşıya  qoyuldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi