Məktəbin direktoru diplomla təltif edildi

Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin müəllim və 11 nömrəli Uşaq–Gənclər İdman məktəbinin direktoru Natiq müəllim məktəbimizdə oldular. Məktəbimizin idman nailiyyətlərini yüksək qiymətləndirən Elçin müəllim məktəbin direktoru Nəriman Mürsəliyevə gənc nəslin təlim-tərbiyəsindəki xidmətinə görə təşəkkür edərək onu Diplomla təltif etdi.Daha sonra məktəbimizin şahmat yarışında rayon 1–cisi olan 2-4–cü sinif şagirdləri də medal və Fəxri- fərmanlarla təltif edildilər. Zəhmətimizə verdikləri dəyərə görə Elçin müəllimə, Natiq müəllimə minnətdarlığımızı bildirir və bundan sonra da nəticələrimizlə onları sevindirəcəyimizə söz veririk.