9-cu siniflərdən ibarət stolüstü tennis komandamız 1-ci yerə layiq görülüblər

Məktəbimizin 9-cu siniflərindən ibarət stolüstü tennis komandası "Məktəblərarası Respublika çempionatı"nın rayondaxili yarışlarında Qaradağ rayonunun 25 məkətbi arasında 1-ci yerə layiq görülüblər. Bununla da stolüstü tennis komandamız yarışların 3-cü mərhələsində iştirak hüququ verən vəsiqəni əldə edərək məktəbin reytinqinə 20 bal yazdıra biliblər. Bu münasibətlə kollektivimiz adından şagirdlərimizi və onların üzərində əməyi olan müəllimləri, xüsusilə Arif müəllim Əliyevi ürəkdən təbrik edirik. Onlara idmanın digər növlərində və növbəti tur yarışlarında müvəffəqiyyətlər arzu edirik!
Bizim Çempionlarımız:
1.Mamedov Vəli-9A
2.Rüstəmov Ruslan-9B
3.Orucov Aqşin-9Ç
4.Qoçuyeva Aişə-9A
5.Əliyeva Aytac-9B