Məktəblilərimiz plastik tullantılardan müxtəlif əl işləri hazırlamışdırlar

            Azəbaycan Respublikası Təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F127 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30 aprel 2019-cu il tarixli, F-202 nömrəli "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətrafa mənfi təsirinin azaldılmasına dair" əmrlərinin və əmrlərdən irəli gələn öhdəliklərin icra olunması məqsədi ilə Bakı şəhəri 319 nömrəli tam orta məktəbin "Tədbirlər planı" təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq məktəb ərazisi plastik tullantılardan təmizlənmişdir. Daha sonra məktəblilərimiz plastik tullantılardan müxtəlif əl işləri hazırlamışdırlar. Məktəbdə həmin əl işlərindən ibarət sərgi hazırlanaraq nümayiş etdirilmişdir.Məqsədimiz məktəb ərazisini təmiz saxlamaq, eləcə də əmək sərf edilərsə tullantıların gözəlliyə çevrilməsinin mümkünlüyünü şagirdlərə aşılamaq olmuşdur. Tullantıları gözəlliyə çevirən balalar afərin Sizə!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi