28 yaşın mübarək Müstəqil Azərbaycanım adlı "Dəyirmi masa" keçirildi

        Oktyabrın 18-i məktəbin tarix müəllimi Nuranə Vəliyevanın rəhbərliyi və 8c sinif şagirdlərinin iştirakı ilə "28 yaşın mübarək Müstəqil Azərbaycanım" adlı dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Nuranə müəllim müstəqillik yolunda atılan addımlardan və müstəqilliyimizin tarixindən danışdı. Dəyirmi masada Müasir Azərbaycanın qurucusu ümummilli lider H.Əliyevin müstəqilliyimiz uğrundakı əvəzsiz xidmətləri xüsusi qeyd edildi. Daha sonra şagirdlər Azərbaycanın 28 illik müstəqil həyatı, beynəlxalq əlaqələri və qazanılan uğurları barədə ətraflı məlumat verdilər. Sonda Müstəqil Azərbaycan Respublikasının uğurlarını əks etdirən videoçarx nümayiş etdirildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi