Məktəbimizdə şahmat üzrə Respublika çempionatının məktəbdaxili seçim turuna start verildi

Oktyabrın 9-u məktəbimizdə II-IV siniflər arasında şahmat üzrə respublika çempionatının məktəbdaxili seçim turuna start verildi. Seçim turunda idman müəllimi Arif Əliyev siniflər arasında yarış təşkil etdi. Yaşıdları arasında fərqlənən şagirdlər müəyyən edildi. Onlar şahmat üzrə respublika çempionatında məktəbimizi təmsil edəcəklər.