5 Oktyabr Beynəlxalq Müəllimlər Günü

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar ATİAHİ Qaradağ rayon komitəsi, eləcə də Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edildi. Tədbirin bədii hissəsi məktəbimizin şagirdləri tərəfindən hazırlanmışdı. Şagirdlərimizin təqdim etdikləri şeir, rəqs və səhnəciklər tədbir iştirakçılarının ürəyincə oldu. Tədbirdə gənc nəslin təlim-tərbiyəsində fərqlənən təhsil işçiləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən Fəxri-fərman və hədiyyələrlə təltif edildilər. Məktəbimizin coğrafiya müəllimi Əbülfəz Abasov da təltif olunanlar arasında idi. Biz də kollektivimiz adından Əbülfəz müəllimi təbrik edir, ona möhkəm can sağlığı və bol-bol uğurlar diləyirik.