“Fövqəladə hallar zamanı davranış qaydaları"

        FHN –nın əməkdaşları ilə birgə “Fövqəladə hallar zamanı davranış qaydaları" haqqında maarifləndirici tədbir keçirildi. FHN Bakı regional mərkəzin şöbə rəisi mayor Aida Səfərəliyeva, Bakı regional mərkəzin şöbə rəisi kapitan Tural Rəhimli, Bakı regional mərkəzin baş zabiti Cavid Manaflı, baş leytenant Emin Məmmədov, Məhəmməd Əliyev dəm qazı, yanğın, zəlzələ, torpaq sürüşməsi zamanı davranış qaydaları haqqında ətraflı məlumat verdilər. Kiçik gəmilərə nəzarət, dövlət sularında xilasetmə xidmətinin əməkdaşı, ictimai əlaqələr və təbliğat şöbəsinin baş məsləhətçisi Muğan Əliyev 9, 10, 11 –ci sinif şagirdləri ilə interaktiv söhbət apardı. Tədbirin sonunda şagirdlər tərəfindən verilən suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi