Məktəbdə "Xocalı Soyqırımı" tədbiri keçirildi
26 fevral 2016-cı il tarixində, məktəbimizdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri məktəbin təşkilatçısı Əhmədova Nargilə,biologiyta müəllimi Məlikova Simuzər,ibtidai sinif müəllimi Quliyeva Aynurə təşkil etmişdilər.Siniflərdən isə 4ç,7b,6a,9a sinif şagirdləri iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Himn səsləndikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra aparıcılar 9a sinif şagirdləri Q.Aysu və R.Nigar Xocalı Soyqırımı haqqında məlumat verdilər.Xalqımızın başına gələn bu dəhşətdən danışdılar.1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal etdi.Bu soyqırım nəticəsində 63-ü uşaq,106-sı qadın,70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi.8 ailə tamamilə məhv edildi,25 uşaq hər iki valideynini,130 uşaq valideynlərdən birini itirdi.1275 xocalı əsir,150 xocalı itkindüşdü.Xalqımız bu acı dəhşəti heç vaxt unutmayıb,unutmayacaq.Sonraşagirdlər,Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib,mahnılar ifa etdilər. Faciəyə aid slaydlar izlənildi.Şagirdlərin iştirakı ilə faciənin acı üzünü az da olsa göstərən səhnəcik göstərildi.Tədbirin sonlarına yaxın 4ç sinif şagirdləri tərəfindən “Qalx-qalx Ulu Torpaq”mahnısı ifa olundu.Tədbirin sonunda söz məktəbin təşkilatçısı Nargilə müəlliməyə verildi.Nargilə müəllimə çıxış edərək bildirdi ki,Xocalını unutmadıq,unutmayacağıq.Bu hər bir vətəndaşın namus,vicdan,insanlıq borcudur.