Xocalı soyqırımı tədbiri

22 fevral 2016-cı il tarixdə 319 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə 6B sinifinin şagirdləri ilə ədəbiyyat müəllimi Əliyeva Sevdanın hazırladığı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru:Nəriman Mürsəliyev,Təlim-tərbiyə işləri üzrə direktor müavini:Hacəli Əliyev,Təşkilatçı Nargilə Əhmədova,sinif rəhbəri:Rəna Nəcəfova və məktəbin digər sinif şagirdləri iştirak etdilər. Tədbirdə əvvəlcə himn səsləndi.Sonra şagirdlər Xocalı hadisəsi haqqında məlumat verdilər.Soyqırımda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı soyqırımını əks etdirən kadrlar nümayiş etdirildi.Hadisə iştirakçılarının məlumatları dinlənildi.Şagirdlər hazırladıqları proqramı tədbir iştirakçılarına təqdim etdilər.Onların söylədikləri şeirlər,hazırladıqları səhnəciklər bir daha erməni daşnaqlarına nifrət hissini coşdurdu.Tədbir şagirdlər tərəfindən oxunan”Əsgər marşı”mahnısı ilə başa çatdı. Tədbirin sonunda məktəbin direktoru Nəriman müəllim,təşkilatçı Nargilə müəllimə çıxış edərək bu qanlı faciənin heç vaxt unudulmayacağı,tarixdə qanla yazılmış bir soyqırım kimi qalacağını bir daha xatırlatdılar.