Məktəb əlaçılarının valideynlərinə göndərilən təşəkkürnamələr

Məktəbimizdə təhsil və tərbiyəsi ilə xüsusi seçilən şagirdləri fərqləndirmək,onlara stimul vermək və digər şagirdləri də müvəffəqiyyət qazanmağa ruhlandırmaq təşəbbüsü ilə məktəb direktoru Nəriman Mürsəliyev tərəfindən təlim və tərbiyəsi seçilən 109 şagird rəğbətləndirildi.Belə ki,həmin şagirdlərin ailələrinə "Təşəkkürnamə"təqdim edildi.Rəhbərliyin bu təşəbbüsü şagirdlərdə elmə qarşı daha da artıq ruh yüksəkliyi və sevgi yaratmaqla yanaşı,valideynlər tərəfindən də çox böyük sevinclə qarşılandı.Onlar da öz növbəsində məktəb rəhbərliyinə təşəkkür edərək qeyd etdilər ki,məktəbdə verilən yüksək səviyyəli təhsildən məmnundurlar və onların övladlarına göstərilən bu diqqət və qayğıdan sonra övladlarına qarşı məsuliyyətlərini daha da artıracaqlar və daha çox nailiyyətlər qazanmaları üçün hər zaman məktəblə six əməkdaşlıq edəcəklər.