"Ana dili Günü" tədbiri

18 fevral 2016-cı il tarixində məktəbimizdə “21 Fevral Beynəlxalq Ana dili Günü” nə həsr olunmuş “Ana dilimizi sevək,sevdirək” adlı tədbir keçirilmişdir.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Əhmədova Nargilə,Azərbaycan dili və Ədəbiyyat müəllimi Maliki Ülviyyə və 7b sinfinin şagirdləri təşkil etmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Himn səsləndikdən sonra aparıcılar 7b sinfinin şagirdləri Ə.Daşqın,X.Fidan,M.Aysu Azərbaycan dilinin tarixi,bugünkü mövqeyinə çatanadək keçdiyi yol və dilimiz uğrunda aparılan mübarizələr haqqında məlumat verdilər.Dilimizi dövlət dili səviyyəsinə yüksəltmək üçün ümummilli lider Heydər Əliyevin fəaliyyətləri,mübarizələri bir daha vurğulandı.Məktəbin direktoru Mürsəliyev Nəriman çıxış edərək dilimizin zənginliyi,gözəlliyi və qədimliyi haqqında şagirdlərə məlumat verdi və qeyd etdi ki,biz müəllimlər və şagirdlər ana dilimizi sevmək,hörmət etməklə bərabər həm də onu qorumalı və tanıtmalıyıq. Sonra şagirdlər ana dilinə aid Bəxtiyar Vahabzadə,Xəlil Rza Ulutürk,Zəlimxan Yaqub,Məmməd Araz və başqa şairlərin şeirlərini çox böyük həvəslə səsləndirdilər.Tədbirdə həmçinin Emin Sabitoğlunun bəstələdiyi “Şirin dil” mahnısı 7b sinfinin qızları tərəfindən oxundu.Mahnı oxunarkən uşaqlar tərəfindən Azərbaycan tarixinə aid hazırlanmış slayd təqdim olundu.Aparıcı X.Fidan qeyd etdi ki,biz öz ana dilimizi sevməklə yanaşı digər dillərə də hörmət və qayğı ilə yanaşırıq.Sonra şagirdlər rus və ingilis dilində öyrəndikləri şeirləri səsləndirdilər. Tədbirdə 7b sinfinin şagirdləri dil haqqında dahi şəxsiyyətlərin söylədikləri aforizmləri səsləndirdilər.Sonda uşaqlar “Ana dilimizi sevək,sevdirək”adlı video-klipi tamaşıçılara təqdim etdilər.Bu klip şagirdlər və müəllimlər tərəfindən alqışlarla qarşılandı.Tərbiyə işləri üzrə direktor müavini Əhmədova Nargiə çıxış edərək hamını “Beynəlxalq Ana dili Günü”münasibəti ilə təbrik etdi və tədbiri təşkil edən Maliki Ülviyyəyə və 7b sinfinə təşəkkürünü bildirərək tədbiri bağlı elan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi