"Gələcəyini Qur" layihəsi

Fevralın 15-də 319 nömrəli tam orta məktəbin akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Legacy CSR Consulting and Management LLC” şirkətinin birgə təşkilatçılığı ilə “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinə həsr olunmuş tədbir keçirildi. Qeyd edək ki, bu, adıçəkilən layihənin üçüncü mərhələsidir və bu il də, keçən il olduğu kimi Bakının Binəqədi, Suraxanı, Xətai və Qaradağ rayonlarını əhatə edir. Əsas məqsədi aztəminatlı ailələrdən potensiallı gənclərin seçilib ali məktəblərə qəbul olmasına və həmin gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək olan layihədə şagirdlərin maraqlı, təcrübəli və uğurlu insanlarla görüşləri təşkil olunur, onlarda elmə rəğbət, yaradıcı təfəkkür, insanlığa və ətrafa qarşı sevgi və ədalət kimi dəyərlərin formalaşmasına çalışılır.Bu layihəyə Bakı şəhəri 319 nömrəli tam orta məktəbdən də 20 nəfər şagird cəlb edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi