Milli Qəhrəman Mübariz İbrahimovun qəbrini ziyarət

2015-2016-cı dərs ilinin fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətən,millət sevgisinin aşılanması çərçivəsində silsilə tədbirlər nəzərdə tutulmuşdur.Bununla əlaqədar olaraq 07 fevral 2016-cı il tarixdə bir neçə məktəbin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun II Fəxri Xiyabandakı qəbri 100-lərlə şagird və müəllim heyyəti tərəfindən ziyarət edildi. Ziyarətçilər içərisində 319 nömrəli tam orta məktəbin direktoru N.Ə.Mürsəliyev,təşkilatçı müavin N.Ə.Əhmədova eləcə də müəllim və şagird kollektivi iştirak etdi.Bu ziyarət şagirdlərimizin vətənpərvərlik ruhunda yetişmələri üçün çox böyük əhəmiyyət kəsb edir.