Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İrsini Öyrənirik "mövzusunda mühazirə

22 yanvar 2016-cı il tarixində məktəbimizin XIa və XIb sinif şagirdləri Qaradağ rayonu,Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İrsini Öyrənirik” mövzusunda mühazirədə iştirak etdilər.Şagirdlərimizlə bərabər bu mühazirədə məktəbimizin təşkilatçı müavini Əhmədova Nargilə,psixoloq Cəbiyeva Günel,GÇH rəhbəri və məktəb həmkarlar təşkilatının sədri Səmədov Samir,biologiya müəllimi Musayev Nadir,XIb sinfinin sinif rəhbəri və ingilis dili müəllimi Heydərova Aynurə müəllimdə iştirak etdilər. Mühazirə zamanı şagirdlərimiz ümummilli liderin həyat və yaradacılığı ilə yaxından tanış oldular.Onun xalqımız və ölkəmiz üçün gördüyü işlərin əhəmiyyətinin dərinliyini daha yaxından mənimsədilər. Bu gün yetişməkdə olan gənc nəsil dahi öndərin müstəqil Azərbaycanın çiçəklənməsi,azadlığı,inkişafı yolunda gördüyü əvəzsiz işləri dərindən bilməli və dəyərləndirməlidir. Ona görə də məktəbimizin şagirdlərinin bu mühazirərələri dinləməsi çox əhəmiyyətli və təqdirəlayiqdir.