"20 yanvar" şəhidlərinin 26-cı ildönümü münasibətilə Şəhidlər Xiyabanına ziyarət

18 yanvar 2016-cı il tarixində məktəb rəhbərliyinin təşəbbüsü ilə ,həm də şagirdlərin istəyini nəzərə alaraq “20 yanvar”şəhidlərinin 26-cı il dönümü münasibətilə,tədbirlər planı əsasında “Şəhidlər Xiyabanı”na ziyarət təşkil edildi.Bu ziyarətdə məktəbin fizika müəlliməsi Muxtarova Gülmirə və onun sinif rəhbəri olduğu Xa sinfinin şagirdləri,məktəbimizin biologiya müəlliməsi Məlikova Simuzər və onun sinif rəhbəri olduğu IXa sinfinin şagirdləri,bir neçə valideyn iştirak edirdi.Bu ziyarətin təşkilində əsas məqsəd şagirdlərin yaddaşını təzələmə,eyni zamanda “20 yanvar “ın xalqımız üçün tarixə qara hərflərlə də yazılsa önəmli bir gün olduğunu xatırlatmaq idi.Şagirdlər ilk öncə məzarları ziyarət edib,ora qərənfillər qoydular,daha sonra şəhidimiz məktəb şagirdi Larisanın məzarı üzərində 1 dəqiqəlik sükutla “20 yanvar”şəhidlərini bir daha yad etdilər.