12 Dekabr- Ümumilli Lider Heydər Əliyevin Anım Günü
Bu gün hər bir azərbaycanlı üçün ağır itki baş vermiş və xalq öz liderini əbədiyyata yola salmışdır. Hər bir vətəndaş kimi 319 nömrəli məktəbin kollektivi də ulu öndəri yad etməyi özünə borc bilmiş və bu tədbiri hazırlamışdır. Tədbir Dövlət Himnimizlə açıq elan edilmişdir.Tədbir 5b və 7 c sinif şagirdlərinin hazırladıqları şeir parçaları və müxtəlif səhnəciklərlə eləcə də ulu öndərin gördüyü işlərlə bağlı foto və video yazılarla zənginləşdirilmişdir. Məktəb rəhbərliyi və məktəbin müəllimləri də Heydər Əliyev haqqında bildiklərini gələcək nəsillə paylaşmışdır.Tədbir 12.12.2014- cü il tarixində baş tutmuşdur.