İnsanlığın görmədiyi vəhşilik! Xocalı Soyqırımı! Sözün bitdiyi yer...!

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır! Biz bunu unutmarıq! Elə bu ildə 319 nömrəli məktəb olaraq bir daha xatırladıq.Tədbir iki sinif 8a və 6a siniflərinin birgə hazırladığı ssenari əsasında səhnələşdirildi. Tədbirə bayrağımızı göylərdə dalğalandırmaqla başladıq. Hər kəs ayağa qalxaraq bayrağa təzim etdi. Daha sonra daha bir atributumuz olan himnimiz səsləndi. Məktəbin direktoru Yaşar müəəlim o yaralı günlər barəsində bildiklərini hər kəslə paylaşdı və bunları unutmamalı olduğumuzu dəfələrlə qeyd etdi. Daha sonra söz Təlim- Tərbiyə üzrə direktor müavini Nargilə müəlliməyə verildi və oda öz fikirlərini bölüşdü. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir şagirdlərin hazırladıqları o günləri xatırladan səhnəciklərlə və şagirdlər tərəfindən ifa edilən şeirlərlə, faciəyəyə aid foto və video təqdimatlarla zəngin idi. Sonda bütün şagirdlər səhnəyə qalxaraq türkçülüyün simvolu olan "Çırpınırdı Qara Dəniz baxıb Türkün bayrağına" adlı ifanı səsləndirdilərTədbir 26.02.2015- ci il tarixdə baş tutdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi