Xalq şairi Bəxtiyar VAhabzadəyə həsr olunmuş Gecə

Azərbaycan ədəbiyyatının siması Xalq şairi Bəxtiyar Vahabzadə məktəb şagirdləri tərəfindən anılmışdır. Şairin amalının poeziyaya milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa etmək olduğunu bir daha tədbirdəki çıxışlar özündə əks etdirmişdir. Tədbirdə ilk olaraq Ülviyyə müəllimə tərəfindən şair və onun yaradıcılıq yolu barədə məlumat verilmiş daha sonra rəhbərlik tərəfindən olan çıxışlarda bu fikirlər daha geniş ifadə olunmuşdur. Gecə boyu şairin vətənpərvərlik simvolu şeirləri şagirdlərin ifasında səslənmişdir və eləcə də müəyyən lent yazılarında şairin öz dilindən bəzi şeirlər də səslənmiş və alqışlarla müşaiyət olunmuşdur. "Şairin ölümü nəinki azəri xalqını hətta bütün türk dünyasını sarsıtmışdır. Bunu bir daha şairimizi itirdikdə bütün türk televiziyalarının bu barədə məlumat verməsi və müxtəlif türk xalqlarının bu səbəbdən hüzünlənməsi də təsdiq edir" başlıqlı fikirlərdə səslənmişdir.Tədbir 13.02.2015- ci il tarixdə baş tutmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi