"Hüseyn Cavid- "Mənim tanrım gözəllikdir, sevgidir...."

Hüseyn Cavid Azərbaycan ədəbiyyatının dühasıdır və 319 nömrəli məktəbin kollektivi də bu şəxsiyyətə biganə qalmayaraq onun anımına həsr olunmuş "Hüseyin Cavid- Mənim tanrım gözəllikdir, sevgidir" adlı ədəbi- bədii gecə keçirmişdir. Gecə tədbirin hazırlanmasında böyük əməyi olan Nəzakət müəllimənin nitqi ilə başlamış, məktəb direktoru və məktəb təşkilatçısının tədbir boyu olan nitqləri ilə davam etmişdir. Şairin istər həyatı istər yaradıcılığı bizlərə böyük örnək olduğundan tədbirdə hər iki mövzuya toxunulmuşdur və bir örnək simvolu kimi təqdim edilmişdir. Şairin əsərləri "Şeyx Sənan" və "İblis"- dən parçalar məktəb şagirdlərinin ifasında təqdim olunmuşdur.Eləcə də Şairin zəngin ədəbi irsinə aid bir neçə nümunələrlə də gecə də iştirak edən hər kəs Hüseyn Cavid yaradıcılığını bir daha kəşf etmişdir.Gecə 20.02.2015- ci il tarixdə keçirilmişdir
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi