Məktəbimizin Məzunu Hüseyinli Emin Tacəddin oğlu barədə Bakı Ali Neft Məktəbinin məktəbimizə göndərdiyi təşəkkür məktubu bir daha Məktəbimizi qürurlandırdı!

Məktəbimizin Məzunu Hüseyinli Emin Tacəddin oğlu barədə Bakı Ali Neft Məktəbinin məktəbimizə göndərdiyi təşəkkür məktubu bir daha Məktəbimizi qürurlandırdı!Məktəbimizin fəxr olunası məzunlarından olan Eminə bizə bu qüruru yaşatdığı üçün təşəkkür edir və qürurla tanıdacağımız belə məzunlarımızın çox olacağına ümid edirik. Təşəkkür məktubunu sizlərlə paylaşırıq:Hörmətli Yaşar Müəllim, nəzərinizə çatdırmaq istəyirik ki, 2014/2015- ci tədris ili üçün I qrup ixtisasları üzrə qəbul imtahanlarından yüksək bal toplamış Hüseynli Emin Tacəddin oğlu (677- Proseslərin avtomatlaşdırılması mühəndisliyi ) Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır. Ölkəmizin gələcək inkişafı üçün yüksək elmi biliklərə, milli mənəvi dəyərlərə və nümunəvi davranışa malik tələbələr yetişdirdiyinizə görə Sizə və rəhbərlik etdiyiniz məktəbin müəllim kollektivinə öz təşəkkürümü bildirirəm.Fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram!