Günəşli neft yatağında baş vermiş faciə nəticəsində həlak olmuş neftçilərimizi anmaq məqsədilə anım mərasimi

Bir neçə gün öncə günəşli neft yatağında baş vermiş qəza hadisəsi nəticəsində həlak olmuş neftçilərimizi anmaq məqsədilə,9 Dekabr tarixində Sahil qəsəbəsi Dənizkənarı Parkında anım mərasimi keçirildi.Anım mərasimində neftçilərimizin əziz ruhlarını yad etmək məqsədilə dəniz kənarına qərənfillər qoyuldu.Bu anım mərasimində bizimdə məktəbin müəllim və şagird heyyəti iştirak etmişdir.Məqsəd ürəklərimizin həyatlarını itirən neftçi ailələri ilə birlikdə olmasını bildirməkdir.Qeyd edək ki,hazırda itkin olan neftçilər arasında övladları bizim məktəbdə oxuyan 6C sinif şagirdi Şahmarlı Məhəmməd Sahib oğlu və 5C sinif şagirdi Şahmarlı Mənsumə Sahib qızının atası Şahmarov Sahib Güloğlan oğluda var.Onun tezliknən sağ salamat ailəsinə qovuşmaq arzusuyla - 319 nömrəli tam orta məktəbin kollektivi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi