Narkotiklə mübarizə mövzusunda 9-11 ci siflərlə görüş


                08.11.2017-ci il tarixdə Qaradağ rayon polis idarəsininnin rəis müavini, polis polkovniki leytenantı Yaşar İsayev,yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektorları polis kapitanı Ramil Hacıyev və polis mayoru Aidə Şirinova məktəbimizin qonağı oldular.Yaşar İsayev və Aidə Şirinova məktəbin 9-11-ci sinif şagirdlərinə narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə mənfi təsiri,zərərli vərdişlərə aludəçiliyin fəsadları barədə ətraflı məlumat verdilər.Şagirdlərə bu zərərli vərdişin qurbanları,onların düşdüyü acınacaqlı vəziyyətdən bəhs edən videoçarx nümayiş etdirildi.Məktəbin direktoru Nəriman Mürsəliyev və digər natiqlər şagirdlərə sağlamlıqlarının qeydinə qalmağı,asudə vaxtlarını səmərəli təşkil etmələrini,bu zərərli vərdiş aludəçilərinin təsiri altına düşməməyi tövsiyyə etdilər.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi