Dövlət Bayrağı Gününə həsr edilmiş kitab sərgisi və rəsm müsabiqəsi təşkil edildi

Məktəb kitabxanasında "9 noyabr Dövlət Bayrağı Günü"nə həsr edilmiş kitab sərgisi və rəsm müsabiqəsi təşkil edildi.Müsabiqədə iştirak edən şagirdlərimiz bayrağımız barədə fikirlərini şəkillərin dili ilə ifadə etdilər.Ən yaxşı 3 əl işi münsiflər tərəfindən seçildi.Məktəbin direktoru Nəriman Mürsəliyev şagirdlərə müstəqilliyimiz,dövlətçiliyimiz,bayrağımızın müqəddəsliyi barədə ətraflı məlumat verdi.Nəriman müəllim sonda ən yaxşı rəsm işlərinə görə şagirdlərə fəxri fərmanlar təqdim etdi və onlara rəssamlarımızın əl işləri əks olunmuş kitablar bağışladı.Sərginin və müsabiqənin təşkilatçılığını  kitabxana müdiri Təranə xanım,Samirə müəllim və Zemfira müəllim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi