Sağlam bədəndə,sağlam ruh olar mövzusunda maarifləndirici tədbir keçirildi

04.11.2017-ci il tarixdə məktəbin tibb işçiləri Fatma Hacıyeva və Sədaqət Bəşirova tərəfindən 2017-2018-ci dərs ilinin fəaliyyət planına uyğun olaraq ,,Sağlam bədəndə,sağlam ruh olar,, mövzusunda maarifləndirici tədbir keçirildi.Tibb işçiləri şagirdlərə əllərin,bədənin,qidanın və yuxunun gigiyenaları barədə geniş məlumat verdilər.10-11-ci sinif şagirdləri ilə şəxsi gigiyena barədə xüsusi söhbət aparıldı.Hamıya şəxsi sağlamlığının qayğısına qalmaq və bunun üçün ümumi gigiyena qaydalarına riayət etmək tövsiyyə olundu.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.