Məktəbin 9-cu siniflərində monitoriqlər keçirildi

Məktəbdaxili monitorinqlərimiz davam edir.Bütün suallar standartlara uyğun olaraq qapalı və açıq testlərdən tərtib edilmişdir.Bu gün məktəbin 9-cu siniflərində aparılan monitorinqlərdən görüntülər.Məktəb rəhbərliyinin xüsusi nəzarəti olan 9-cu siniflərin monitorinqinə əsasən onların qarşıda gözlənilən buraxılış imtahanına nə dərəcədə hazırlıqlı olduqları aşkarlanacaqdır. Monitorinqdə zəif nəticə göstərəcək şagirdlər məktəbin müəllimlərinə təhkim olunacaq,onların bilik səviyyəsinin yüksəldilməsi üçün qrafik üzrə əlavə məşğələlər təşkil ediləcəkdir.Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanda daha yüksək nəticələr əldə etmək üçün məktəb kollektivinin tam məsuliyyəti ilə çalışacağına əminik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi