Kiçik yaşlı məktəblilərə mütaliəni sevdirmək

İbtidai siniflərdə sinifdənxaric oxunun əsas məqsədi və hədəfi şagirdlərdə müstəqil mütaliəyə maraq oyatmaq,mütaliə mədəniyyəti formalaşdırmaq və bu yolla onların ətraf aləm haqqında biliklərini,dünyagörüşlərini genişləndirməkdir.Kiçik yaşlı məktəblilərə mütaliəni sevdirmək,ilk növbədə onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasından başlanır.Bu gün məktəbin kitabxanaçısı və 2C sinfinin rəhbəri Xanım Nəcəfova 2C sinfinin şagirdlərinə mütaliə ilə bağlı dəyərli tövsiyyələr verdilər.Şagirdlər məktəb kitabxanasındakı müxtəlif adda kitablarla tanış oldular.Nağılların kiçik yaşlı oxucular üçün əhəmiyyəti çox böyükdür.Nağıl qəhrəmanlarının parlaq obrazlarından ilhamlanan uşaqlar onlar kimi dürüst,namuslu,vətənpərvər olmağa can atırlar.Məktəbin pedaqoji kollektivinin ən ali məqsədi şagirdlərdə bu cür hissləri formalaşdırmaq olmalıdlr.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi