15 sentyabr bilik günü

15.09.2017-ci il.3 ay davam edən sükutu bu gün məktəblilərimiz pozdu.Məktəbə də bu yaraşır!!! Arzu edirik ki,bu səs küy işgüzar,nəticəyönümlü olsun!!!Əziz həmkarlar,valideynlər,şagirdlər yeni 2017-2018-ci dərs ilimiz uğurlu olsun.Hamıya neqativlərdən uzaq,nailiyyətlərlə zəngin dərs ili arzu edirik.Bu gün məktəbin ilk zəngində ,,Bilik Günü,,ndə qonaqlarımızın sırasında Milli Məclisin deputatı hörmətli Aydın müəllim Hüseynov oldu.Hamını təbrik edən deputatımız çıxışında məktəbimizin uğurlarını,vətən,millət sevgisini,ölkə başçısına sədaqət hissini xüsusi qeyd etdi.O bidirdi ki,vətənə sevgi məktəbdən,ailədən başlanır.Şagirdlərimizə layiqli vətəndaş olmağı tövsiyyə edən Aydın müəllimə təbrik üçün məktəbimizi seçdiyinə görə,bizə xüsusi diqqət və qayğısına görə kollektivimiz adından təşəkkür edir,məktəb ictimaiyyətini,eləcə də bütün həmkarlarımızı təbrik edirik!!!