Məktəbimizdə son zəng tədbiri keçirildi

14.06.2017-ci il tarixində bütün ölkə üzrə keçirilən “Son zəng tədbiri bizim məktəbimizdə də təntənəli şəkildə qeyd olundu.Son zəng tədbirində məktəbin bütün müəllim kollektivi ,valideynlər və dəyərli qonaqlar iştirak etdilər.Tədbir açıq elan edildikdən sonra direktor M.Nəriman müəllim çıxış edərək məzunları,onların valideynlərini və 11 il ərzində şagirdlərin üzərində əziyyət çəkən müəllimlərimizi təbrik etdi.O,çıxışında 2016-2017-ci tədris ilində məktəbimizin qazandığı uğur və nailiyyətlər haqqında geniş məlumat verdi,məktəbi müxtəlif müsabiqələrdə ,olimpiadalarında təmsil edən şagirdlərimizi diplom və fəxri fərmanlarla təltif etdi.Ümumiyyətlə 2016-2017-ci tədris ili məktəbimiz üçün çox uğurlu olmuşdur.Belə ki,XI a sinif şagirdi H.Hacıhəsən respublika fənn olimpiadasında Biologiya fənni üzrə III yerə layiq görülmüş və bürünc medal qazanmışdır.O,həmçinin qəbul imtahanlarının I mərhələsində IV qrup üzrə 668 bal toplamışdır.XI a sinfinin digər şagirdi Q.Fidan “Ədəbiyyat biliciləri” müsabiqəsində II dərəcəli diploma layiq görülmüş,qəbul imtahanının I mərhələsində III qrup üzrə 663 bal toplamışdır. Məktəbimizin 6A sinif şahirdi Ə.Sevinc Xəzər Universitetinin Dünya məktəbində keçirilmiş”Riyaziyyat ağlın güzgüsüdür” olimpiadasında III dərəcəli diplom qazanmışdır.Lütfi-zadə adına II məntiq olimpiadasında da məktəblilərimiz yüksək nəticələr əldə edərək fəxri fərmanlarla mükafatlandırılmışlar. Məktəbdə oxuduğu müddətdə yüksək təhsili,təlim - tərbiyəsi ilə fərqlənən məzunlarımızın valideynləri çıxış edərək övladlarının bu cür yetişdirilməsinə görə məktəb rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildirdilər.Tədbir həmçinin XIa və XI b siniflərinin hazırladıqları musiqi nömrələri və maraqlı rəqslərlə də yaddaşlarda qaldı.Məktəbimizin növbəti tədris ilində daha böyük nailiyyətlər qazanmasını arzulayır və buna inanırıq.