Məktəbimizdə Milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı,təbliği mövzusunda tövsiyyə xarakterli məruzələr təşkil edilmişdir

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən ,,2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyasında nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə hazırlanmış Fəaliyyət planının müvafiq bəndlərini nəzərə alaraq Bakı şəhəri 319 nömrəli tam orta məktəbdə ,,Milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı,təbliği,,mövzusunda tövsiyyə xarakterli məruzələr təşkil edilmişdir.Bununla əlaqədar bu gün şagirdlərə məktəbin direktoru Nəriman Mürsəliyev tərəfindən,,Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək,,mövzusunda tövsiyyələr verilmiş,onları maraqlandıran suallar cavablandırılmışdır.Məruzə zamanı şagirdlırə Azərbaycançılıq məfkurəsi,vətənpərvərlik,milli-adət ənənə barədə ətraflı məlumat verən məktəb direktorunun nitqi şagirdlər tərəfindən maraqla dinlənilmişdir.