1 İyun Uşaqqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəb tədbiri keçirildi

1 İyun Uşaqqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəb tədbiri keçirildi.İbtidai sinif müəllimləri tərəfindən hazırlanan uşaqların hüquq və vəzifələrindən ,eləcə də Ümummilli Lider H.Əliyevin dövlətçiliyimizə göstərdiyi xidmətlərdən,uşaqlara sevgisindən bəhs edən videorolik təqdim edildi.Sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru şagirdləri təbrik etdi.O bu gün dövlətimiz tətəfindən uşaqlara göstərilən qayğı barədə ətraflı məlumat verdi.Şagirdlərə firavan həyat,xoşbəxt günlər arzulayan Nəriman müəllim sonda şagirdlərlə xatirə şəkilləri çəkdirdi.Tədbir şagirdlər tərəfindən hazırlanmış şeir,mahnı və rəqs nömrələri ilə davam etdi.Musiqi nömrələrinin tərtibatına görə valideyn icmasının üzvü Elsevər müəllimə təşəkkür edirik.