Biz həyatı seçirik şüarı altında şagirdlərimiz bir sıra araşdırmalar apardılar

Zərərli vərdişlərə yox deyək” ,”Biz həyatı seçirik” şüarı altında şagirdlərimiz bir sıra araşdırmalar apardılar. Hər bir insan həyatda sağlam yaşamaq istəyir.Müdriklər demişkən –“İnsan üçün ən böyük hədiyyə can sağlığıdır.”Ancaq bəzi insanlar zərərli vərdişlərdən uzaqlaşa bilmirlər.Siqaret,alkoqol və narkotiklərdən istifadə insan orqanizmini zəiflədir,bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur.Dünyada hər 8 saniyədə bir insan siqaret üzündən həyatını itirir.Siqaret daxili orqanların xəstəliklərinə səbəb olur,insanı tez qocaldır.Alkoqol insanın həm bioloji həm də sosial vəziyyətini pisləşdirir.Özünü idarəetmə itirildiyi üçün insanı qəza və cinayətə sürükləyir.Ailə münaqişələrinə səbəb olur.Alkoqolizm xəstəliyinə tutulmuş valideynər təkcə öz həyatlarını deyil,övladlarının da həyatlarını məhv etmiş olurlar.21-ci əsrin ən qlobal problemlərindən biri də narkomaniyadır.”Ağ ölüm “ adlanan bu bəla gənclərin normal həyatını zəhərləyən zərərli vərdişlərdən ibarətdir.Narkotik maddələrin qəbulu da sağlamlığa təsir etməklə yanaşı,bir sıra sosial problemlərə səbəb olur.Narkotik istifadəçisi olan gənc təhsildən,normal həyat fəaliyyətindən uzaqlaşır.Narkotik istifadəçisi olan insan təkcə bu bəlaya deyil, QİÇS kimi sağalmaz ağır xəstəliyə də düçar olur.Əziz gənclərimiz,bizim gələcəyimiz sizlərsiniz.Gəlin həyatı seçək.Vətənimizin sağlam gələcəyi naminə addımlayaq.Zərərli vərdişlərə yox deyək.Sağlamlığımız öz əlimizdədir.