Sağlam bədəndə sağlam ruh olar devizi altında şagirdlərimiz və fiziki tərbiyə müəllimləri müxəlif idman hərəkətləri icra etdilər

Məktəbimizdə,,Sağlam həyat tərzi,,mövzusu ətrafında müxtəlif məzmunlu tədbirlər həyata keçirilir.,,Sağlam bədəndə,sağlam ruh olar,,devizi altında şagirdlərimiz məktəbimizin idman müəllimləri Arif Əliyev,Zeynəb Hüseynova,Sevil Şərifovanın rəhbərliyi ilə orqanizmin qan dövranına,dözümlülüyünə,ümumiyyətlə insan fiziologiyasına müsbət təsir göstərən müxtəlif idman hərəkətləri icra etdilər.Məqsədimiz şagirdləri zərərli vərdişlərdən çəkindirmək,fiziki tərbiyəni,idmanı onlara sevdirməkdir.Daha sonra məktəbin biologiya müəllimi Simuzər Məlikova idmanın orqanizminə təsirlərini nəzəri olaraq onlara izah etdi.O,bildirdi ki,düzgün və müntəzəm şəkildə idmanla məşğul olmaq insanın uzunömürlü olmasına səbəb olur.Həmçinin Simuzər müəllim bu gün ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğıdan,Azərbaycanda keçirilən mötəbər yarışlardan və idmançılarımızın nailiyyətlərindən də ətraflı danışdı.Sonda ,,İdman sağlamlığın rəhnidir,,devizi altında şən startlar təşkil edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi