Məktəbimizdə Suriyadakı uşaq və gənclər üçün bir ümid adlı sosial kampaniya keçirildi

“Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniya“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı may ayında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniya keçirmişdir. Bu kampaniyada Bakı şəhəri 319 nömrəli tam orta məktəbin şagirdlərinin əl işləri və müxtəlif hədiyyələri, o cümlədən digər geyim, oyuncaq, məktəb lavazimatı kimi yardımlar təşkilata təhvil verilmək üçün hazırlanıb.